Qadın fiqurları hündür yaxalı puffer gödəkçələr və dalğalı idman köynəkləri geyinir; parçalar turşu sarısı və saqqız çəhrayısı kimi doymuş, cəsarətli rənglərlə boyanıb. Kölgəli fon üzərində sərin işıqla işıqlandırılan bu obrazlar tamaşaçıya aristokratik bir laqeydliklə baxır, sanki baxışlarını qəsdən uzaqda saxlayırlar.

Son illərdə ispan rəssamı Nieves Gonzalez İspan Barokkosuna xas torpaq tonlu fonları, dramatik işıqlandırmanı və zəngin teksturaları müasir estetikaya daşıyaraq onları gələcəyə yönəldib. Onun xəyal etdiyi qadın subyektləri iddialı bir zadəgan xanımın və ya sarsılmaz bir müqəddəsin duruşunu xatırladır, lakin geyimləri tamamilə çağdaşdır.
Bu obrazlar eyni zamanda incə bir absurdluqla da yüklənib: bəziləri hovuz üçün şişmə əşyalar və ya idman ləvazimatları tutur, digərlərinin saçları yerə doğru ağır-ağır axır. Mifoloji və dini təsvirlərdən götürülmüş rəmzlər Zevsə işarə edən qu quşu və ya Bibliya ilanını xatırladan hovuz borusu yeni, ironik mənalarla yenidən qurulur.
Mənbə: CNN style
Tərcümə edən: Aişə Əlizadə
