Bu gün:

Nyu-Yorkda "New Museum" yeni binası açılacaq


ABŞ-nin Nyu-York şəhərində fəaliyyət göstərən "New Museum" müasir incəsənət muzeyi yeni binasının açılış tarixini açıqlayıb. Muzeyin məlumatına görə, genişləndirilmiş bina 2026-cı il martın 21-də ziyarətçilərin istifadəsinə veriləcək.

Yeni bina tanınmış OMA (Office for Metropolitan Architecture) memarlıq studiyası tərəfindən layihələndirilib. Genişlənmə nəticəsində muzeyin sərgi sahələri artırılıb, yeni qalereyalar, ictimai tədbirlər və təhsil proqramları üçün xüsusi məkanlar yaradılıb. Layihə "New Museum"un müasir incəsənətin nümayişi və təşviqi imkanlarını daha da genişləndirməyi hədəfləyir.

Muzey rəhbərliyi açılış günündə xüsusi sərgilər və tədbirlərin keçiriləcəyini, həmçinin ziyarətçilər üçün pulsuz girişin nəzərdə tutulduğunu bildirib. Qeyd edək ki, "New Museum" Nyu-Yorkun əsas mədəniyyət mərkəzlərindən biri hesab olunur və beynəlxalq sənət ictimaiyyətində geniş nüfuza malikdir.

Mənbə: Art Daily

Tərcümə etdi: Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et