Bu gün:

Səudiyyə Ərəbistanı müasir incəsənəti ön plana çıxarır


Səudiyyə Ərəbistanı qlobal incəsənət mühitində, Körfəz regionuna marağın artdığı bir dövrdə ölkənin müasir incəsənət irsini yenidən diqqət mərkəzinə gətirir. Bu məqsədlə XX əsrin ikinci yarısından etibarən formalaşmış yerli sənət nümunələri araşdırılır, arxiv materialları yenilənir və müxtəlif sərgilər vasitəsilə ictimaiyyətə təqdim olunur. 

Məlumata görə, uzun illər beynəlxalq səviyyədə kifayət qədər tanınmayan səudiyyəli rəssam və vizual sənət ustalarının yaradıcılığı bu layihələr çərçivəsində yenidən dəyərləndirilir. Təşəbbüs ölkənin mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri kimi, Səudiyyə Ərəbistanının regional və qlobal incəsənət məkanında mövqeyini möhkəmləndirməyi hədəfləyir.

Mənbə: The Art Newspaper 

Tərcümə etdi: Zəhra Məlikova

Paylaş
Şərh əlavə et