Qətərdə Art Basel Qatar 2026 müasir incəsənət sərgisi başlayıb.
Art Basel brendinin Orta Şərqdə ilk dəfə keçirilməsi bu tədbiri qlobal mədəniyyət üçün əlamətdar hadisəyə çevirir. Doha şəhəri bir neçə gün ərzində dünyanın aparıcı qalereyalarını və sənətçilərini bir araya gətirir.
Sərgidə 30-dan çox ölkədən onlarla qalereya iştirak edir və müasir incəsənətin müxtəlif istiqamətlərini əhatə edən əsərlər nümayiş olunur. Tədbirin əsas mövzusu olan "Becoming" dəyişiklik və kimlik anlayışlarını ön plana çıxarır.
Art Basel Qatar 2026 regionun beynəlxalq incəsənət səhnəsində mövqeyini gücləndirən və mədəni dialoqa töhfə verən mühüm platforma kimi qiymətləndirilir.
Mənbə: Artbasel.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
