Bu gün:

"Sydney Biennale" 2026-nın proqramı elan olunub


Dünyanın ən nüfuzlu müasir incəsənət tədbirlərindən biri olan "Sydney Biennale"nin 25-ci buraxılışının proqramı rəsmi şəkildə açıqlanıb. Biennale 14 mart – 14 iyun 2026 tarixlərində keçiriləcək və builki mövzu “Rememory” (Yenidən xatırlama) olacaq.

Festivalın baş kuratoru tanınmış mədəniyyət xadimi Hoor Al Qasimidir. Bu il Biennaledə 37 ölkədən 84 sənətçi və incəsənət kollektivi iştirak edəcək. Sərgilər Sidneyin aparıcı mədəniyyət məkanlarında təşkil olunacaq və proqram çərçivəsində müasir incəsənətin müxtəlif istiqamətləri nümayiş etdiriləcək.

Qeyd edək ki, "Sydney Biennale" müasir sənət sahəsində beynəlxalq əməkdaşlığı təşviq edən mühüm platformalardan biri hesab olunur.

Mənbə: The Guardian

Tərcümə etdi: Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et