2026-cı ilin fevral ayında keçiriləcək 76-cı Berlin Beynəlxalq Film Festivalının (Berlinale) əsas müsabiqə proqramı açıqlanıb. Festivalın builki yarış bölməsində 28 ölkədən 22 film yer alacaq. Proqramda animasiya filmləri, ailə dramları, sosial mövzulu ekran əsərləri və müasir kino nümunələri geniş şəkildə təmsil olunub.

Təşkilatçıların bildirdiyinə görə, Berlinale 2026 müxtəlif mədəniyyətləri və kino baxışlarını bir araya gətirərək qlobal kino sənayesindəki yenilikləri nümayiş etdirməyi hədəfləyir. Festivalın əsas məqsədi fərqli janr və üslubları bir platformada təqdim edərək beynəlxalq dialoqu gücləndirməkdir.
Bu il festivalın münsiflər heyətinə tanınmış alman rejissoru Vim Venders sədrlik edəcək. Dünya kinosuna verdiyi töhfələrə görə məşhur aktrisa Michelle Yeoh isə festival çərçivəsində fəxri “Qızıl Ayı” (Golden Bear) mükafatına layiq görüləcək.
Berlin Beynəlxalq Film Festivalı 12–22 fevral 2026-cı il tarixlərində Almaniyanın paytaxtı Berlində keçiriləcək və festival dünya kinosunun ən nüfuzlu tədbirlərindən biri hesab olunur.
Mənbə: Reuters
Tərcümə etdi: Zəhra Məlikova
