Bu gün:

Zootropolis 2 Hollivud tarixinin ən çox gəlir gətirən animasiya filmi olub


Zootropolis 2 Hollivud tarixində ən yüksək gəlir əldə edən animasiya filmi kimi rekorda imza atıb. Film dünya üzrə kinoteatrlarda 1,7 milyard dollar gəlir toplayaraq bu ada sahib olub.

Bununla da film 2024-cü ildə nümayişə çıxan və 1,69 milyard dollar gəlir əldə etmiş "Inside Out 2"ni geridə qoyub. Zootropolis 2 hazırda qlobal kino tarixində ən çox gəlir gətirən filmlər siyahısında 9-cu yerdə qərarlaşıb. 

Bununla belə, ümumilikdə ən çox gəlir gətirən animasiya filmi titulu hələ də Çinin "Ne Zha 2" filminə məxsusdur. Fantaziya janrında olan bu film ötən il əsasən Çin bazarında olmaqla 2,2 milyard dollar gəlir əldə edib.

Disney Entertainment-in həmsədri Alan Berqman verdiyi açıqlamada bildirib:
“Bu nailiyyət hər şeydən əvvəl bunu mümkün edən dünya üzrə azarkeşlərə məxsusdur. Biz yaradıcı heyətimizlə qürur duyuruq. Zootopia 2 qeyri-adi bir uğurdur və onun ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarıq.”

Qeyd edək ki, film ABŞ-da Şükranlıq bayramı dövründə nümayişə çıxaraq animasiya filmləri arasında ən böyük açılış həftəsonu rekordunu da qırıb. Eyni zamanda, 1 milyard dollar gəlir həddinə ən sürətlə çatan Hollivud animasiya filmi olub.

Mənbə: BBC

Tərcümə etdi: Nərmin Məmmədzadə

Paylaş
Şərh əlavə et