Bu gün:

İzmirdə yeni endemik bitki növü kəşf edilib


İzmirin Ödemiş rayonunda elm dünyası üçün əhəmiyyətli bir bitki kəşf edilib. Qərbi Anadoloya məxsus “İzmir göbək otu” adlandırılan bu bitki Türkiyə florası üçün mühüm yenilik sayılıb.

Araşdırma Ege və Hacettepe universitetlərinin alimləri tərəfindən aparılıb. Bitkinin morfoloji xüsusiyyətləri, genetik quruluşu və elmi təsviri geniş ərazi və laboratoriya işləri nəticəsində müəyyənləşdirilib. Növ beynəlxalq elmi jurnalda dərc olunaraq “Umbilicus choripetalus” adı ilə rəsmi şəkildə ədəbiyyata daxil edilib. “İzmir göbək otu” Türkiyənin ilk endemik göbək otu növü kimi tanınıb. Bitkinin vulkanik torpaqlara bağlı olması onu ekoloji baxımdan da fərqləndirib. Alimlər bu kəşfin biomüxtəlifliyin qorunması və gələcək tədqiqatlar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova


Paylaş
Şərh əlavə et