Bu gün Ayın görünmədiyi faza olan Yeni Ay mərhələsi baş verir.
Hindu təqviminə əsasən bu gün Mauni Amavasya kimi tanınır və bir sıra ölkələrdə mənəvi və dini baxımdan xüsusi əhəmiyyət daşıyır.
Mauni Amavasya ilin ən önəmli Amavasya günlərindən biri hesab olunur. Ənənəyə görə, bu gün sükut saxlamaq, daxili rahatlığa diqqət yetirmək və mənəvi təmizlənməyə yönəlmək tövsiyə edilir. Bir çox insanlar gün ərzində az danışmağa, düşüncələrini toparlamağa və ibadətə üstünlük verir.
Bu gün müqəddəs sayılan çaylarda, xüsusilə Qanq çayında ritual çimmə mərasimləri keçirilir. İnanca əsasən, bu mərasimlər insanın mənəvi cəhətdən saflaşmasına və daxili tarazlıq tapmasına kömək edir.
Mütəxəssislər bu müddətdə plan qurmağı, niyyət etməyi və şəxsi məqsədlərlə bağlı qərarlar verməyi məqsədəuyğun sayırlar. Eyni zamanda, gərgin müzakirələrdən və mənfi emosiyalardan uzaq durmaq tövsiyə edilir.
Mauni Amavasya həm dini ənənələrin qorunduğu, həm də insanların gündəlik həyatın səs-küyündən uzaqlaşıb daxili sakitlik axtardığı xüsusi gün kimi qeyd olunur.
Mənbə:Timesofindia.indiatimes.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
