İran hökumətinin ölkəni qlobal internet şəbəkəsindən tam şəkildə ayırmaq planı üzərində işlədiyi bildirilir. Rəqəmsal hüquqlar üzrə fəalların açıqlamalarına görə, bu plan həyata keçirilərsə, ölkə vətəndaşlarının beynəlxalq internetə çıxışı kəskin şəkildə məhdudlaşdırılacaq.

Məlumata əsasən, hökumət yalnız dövlət qurumları və xüsusi icazəsi olan şəxslər üçün süzgəcdən keçirilmiş və ciddi nəzarət altında olan yerli internet şəbəkəsinin fəaliyyətini davam etdirməyi nəzərdə tutur. Müstəqil mənbələr bu addımın söz və informasiya azadlığına ciddi zərbə vuracağını bildirirlər.
Ekspertlərin fikrincə, İranın qlobal internetdən ayrılması ölkənin beynəlxalq əlaqələrinə, iqtisadiyyatına və texnoloji inkişafına mənfi təsir göstərə bilər. Sözügedən təşəbbüs beynəlxalq ictimaiyyət və insan hüquqları təşkilatları tərəfindən narahatlıqla qarşılanır.
Mənbə: The Guardian
Tərcümə etdi: Zəhra Məlikova
