Bu gün:

Almaniya Bayö Toxuculuğunun oğurlanmış fraqmentlərini Fransaya qaytarıb


Almaniya İkinci Dünya Müharibəsi zamanı nasistlər tərəfindən oğurlanmış Bayö Toxuculuğuna aid iki kiçik parça fraqmentini Fransaya geri qaytarıb. Tarixi əhəmiyyətə malik parçalar Almaniyanın Şlezviq-Holşteyn əyalətində dövlət arxivlərində aparılan araşdırmalar zamanı aşkar edilib.

Fraqmentlər 1941-ci ildə alman alim Karl Şlabov tərəfindən nasistlərin irqçi “əcdad irsi” layihəsi çərçivəsində Bayö şəhərində aparılan tədqiqatlar zamanı götürülüb. Onlar 2023-cü ildə Şlezviq-Holşteyn dövlət arxivində Şlabovun kolleksiyasının inventarlaşdırılması zamanı tapılıb.

Arxiv rəhbəri Rainer Hering bildirib ki, sənədlər və etiketlər parçaların XI əsrə aid Bayö Toxuculuğunun bir hissəsi olduğunu təsdiqləyib və onların Fransaya qaytarılması “aşkar qərar” olub.

70 metr uzunluğunda olan Bayö Toxuculuğu 1066-cı ildə Normanların İngiltərəni fəthini təsvir edir və 2007-ci ildən UNESCO-nun “Dünyanın Yaddaşı” siyahısına daxildir. Əsərin sentyabrda Londondakı Britaniya Muzeyində nümayişi planlaşdırılır, lakin kövrəkliyi səbəbilə bu qərar mübahisələrə yol açıb.

Mənbə: BBC

Tərcümə etdi: Nərmin Məmmədzadə


Paylaş
Şərh əlavə et