Bu gün:

Mumiyalanmış heyvan qalıqları aşkar edilib


Suudi Ərəbistanın şimalındakı səhralarda aparılan arxeoloji qazıntılar zamanı nadir tapıntı aşkar edilib. Alimlər mağaralarda təbii yolla mumiyalanmış 7 çita qalıqları tapıblar. Bu tapıntılar bölgənin qədim vəhşi təbiəti haqqında yeni məlumatlar verib.

Arar şəhəri yaxınlığında aşkarlanan qalıqların yaşının 130 ildən 1800 ilə qədər olduğu müəyyən edilib. Mağaralardakı həddən artıq quru hava və sabit temperatur çitaların çürümədən qorunmasına şərait yaradıb. Tədqiqatçılar mağaraların çitalar üçün balalama və sığınacaq yeri ola biləcəyini istisna etməyiblər. Genetik analizlər mumiyalanmış çitaların Asiya və Şimali-Qərbi Afrika çitaları ilə yaxın qohumluq əlaqəsinə malik olduğunu göstərib. Bu kəşf elmi baxımdan nadir hesab olunub. Əldə olunan məlumatlar gələcəkdə çitaların tarixi yaşayış ərazilərinə qaytarılması layihələrinə töhfə verə bilər.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova





Paylaş
Şərh əlavə et