Bu gün:

Nikosiya Avropanın mədəniyyət şəhəri seçilib


Kipr Respublikasının paytaxtı Nikosiya 2026-cı il üçün Avropanın aparıcı mədəniyyət şəhərlərindən biri seçilib. 

Məlumata əsasən, Nikosiyanın bu siyahıya daxil edilməsində şəhərin zəngin tarixi-mədəni irsi, çoxmədəniyyətli mühiti, muzey və qalereyalarının geniş şəbəkəsi, eləcə də müasir incəsənət layihələrinin fəal şəkildə dəstəklənməsi mühüm rol oynayıb. Şəhər həm tarixi abidələri, həm də çağdaş sənət məkanları ilə beynəlxalq mədəniyyət mərkəzi kimi qiymətləndirilir.

Mütəxəssislər bildirirlər ki, Nikosiyanın mədəniyyət sahəsində əldə etdiyi bu status şəhərin beynəlxalq tanınmasını artırmaqla yanaşı, mədəni turizmin inkişafına da müsbət təsir göstərəcək. 2026-cı il ərzində Nikosiyada müxtəlif beynəlxalq sərgilər, festival və mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Mənbə: IndexBox

Tərcümə etd: Zəhra Məlikova

Paylaş
Şərh əlavə et