Microsoft Windows 11-də AI əsaslı Copilot rəqəmsal köməkçisini idarə olunan cihazlardan silmək üçün yeni siyasəti test edir. Yeni RemoveMicrosoftCopilotApp siyasəti administratorlara tətbiqi hədəflənmiş şəkildə silmək imkanı verəcək, istifadəçilər isə istəsələr onu yenidən quraşdıra bilərlər.

Siyasət yalnız aşağıdakı şərtləri ödəyən cihazlarda işləyir: Microsoft 365 Copilot və Microsoft Copilot quraşdırılıb, tətbiq istifadəçi tərəfindən quraşdırılmayıb və son 28 gün ərzində işə salınmayıb. Bu xüsusiyyət Enterprise, Pro və EDU lisenziyaları üçün mövcuddur.
Bugünkü beta build həmçinin bir sıra texniki problemləri həll edib, o cümlədən:
Desktop kontekst menyusunu açarkən explorer.exe prosesinin çökməsini;
Windows Update parametrləri səhifəsinin donmasını.
Insider komandası hələ də Settings tətbiqində audio cihazları ilə bağlı çöküş və Başlat menyusunun kliklə açılmaması kimi məsələlər üzərində işləyir.
Mənbə: Bleepingcomputer
Tərcümə etdi: Nərmin Məmmədzadə
