Samsung-un son açıqlaması Galaxy S26 seriyasının qiymətlərinin arta biləcəyi ehtimalını gücləndirib. Artan komponent və yaddaş xərcləri fonunda şirkət flaqman modellərin qiymət siyasətinə yenidən baxmaq məcburiyyətində qala bilər.
Samsung-un yüksək vəzifəli rəhbərlərindən biri gələcək flaqman smartfonların qiymətləri ilə bağlı alıcıları narahat edə biləcək açıqlama verib. Cihazların adını birbaşa çəkməsə də, bu bəyanatın 2026-cı ildə təqdim olunması gözlənilən Galaxy S26 seriyasına aid olduğu ehtimal edilir.
Şirkət hazırda artan istehsal xərcləri ilə mübarizə aparır. Xüsusilə komponentlərin bahalaşması, əmək haqqı və marketinq xərclərinin yüksəlməsi Samsung üçün flaqman modellərin qiymətlərini əvvəlki illərlə eyni səviyyədə saxlamağı çətinləşdirir.
Samsung ABŞ bazarında satış həcmini qorumaq üçün qiymət artımlarını məhdud saxlamağa çalışa bilər. Bu, şirkətə gəlir və bazar payını qorumağa kömək etsə də, digər regionlarda qiymət artımlarının baş verməsi ehtimalını artırır. Şirkət xərclərin bir hissəsini daxili optimallaşdırma ilə kompensasiya etməyə çalışsa da, bütün artımları udmaq çətin görünür.
Bununla belə, hazırda heç bir rəsmi qərar açıqlanmayıb. Məlumatlara ehtiyatla yanaşmaq tövsiyə olunur. Amma görünən odur ki, Galaxy S26 seriyası bəzi ölkələrdə qiymət artımı riski ilə getdikcə daha çox üz-üzə qalır.
Mənbə: Phone Arena
Tərcümə etdi: Nərmin Məmmədzadə
