Dünyanın ən böyük istehlakçı elektronikası sərgisi olan CES 2026 müxtəlif tapşırıqları yerinə yetirə bilən süni intellektlə işləyən robotları nümayiş etdirib.

CES 2026 robot həllərinin artıq sadəcə konsepsiya olmadığını, performanslarının yetkinlik səviyyəsinə çatdığını və sənayedəki ən son irəliləyişləri nümayiş etdirib.
Süni intellekt qabaqcıl sensor texnologiyaları və muxtariyyət sahəsindəki irəliləyişlər robotları əyləncə və məhsuldarlıqdan tutmuş ev istifadəsinə, xidmət sektoruna qədər bir çox sahədə daha görünən hala gətirib.
ABŞ-nin Las Veqas şəhərində keçirilən CES 2026-da tanınmış texnologiya nəhənglərindən tutmuş erkən mərhələli startaplara qədər onlarla şirkət gündəlik həyatdan sənaye istifadəsinə qədər geniş tətbiqlər üçün hazırladıqları robotları nümayiş etdiriblər.
Rəqs edən, idman edən, paltarları qatlayan, şəkil çəkən, stolüstü tennis oynayan və piano çalan robotlar ziyarətçilərin diqqətini çəkib.

Robototexnika sektorunda aparıcı şirkət olan Boston Dynamics CES 2026 sərgisində yeni Atlas robotunun məhsul versiyasını təqdim edib.
Tam elektrikli humanoid robotun təqdimatı Atlas prototipinin canlı səhnə nümayişi ilə yanaşı, məşhur Spot robotlar qrupunun həyəcanverici rəqs performansını da əhatə edib.
Şirkət Atlasın material emalından sifarişlərin yerinə yetirilməsinə qədər geniş sənaye tapşırıqlarını yerinə yetirə bilən müəssisə səviyyəli "humanoid robot" kimi dizayn edildiyini bildirib və robotun istehsalına dərhal Bostondakı qərargahında başlayacağını açıqlayıb.
Bildirilib ki, Boston Dynamics-in səhmdarı olan Hyundai şirkətin on minlərlə robotunu öz istehsal müəssisələrində istifadə etməyə hazırladığını bildirib.
Mənbə: Habertürk
Tərcümə etdi: Aygül Alıyeva
