Las Veqasda keçirilən CES 2026 texnologiya sərgisi davam edir və dünyanın aparıcı texnologiya şirkətləri ən son yeniliklərini təqdim edir.
Sərgi məkanında yeni nəsil cihazlar, innovativ konsept məhsullar və gündəlik istifadə üçün nəzərdə tutulan texnologiyalar geniş maraq doğurur.
Bu il sərgidə əsas diqqət noutbuklar, ekran texnologiyaları və ağıllı cihazlar üzərində cəmlənir. İstehsalçılar daha yüngül, güclü və funksional qurğular nümayiş etdiriblər, qatlanan və genişlənə bilən ekranlı noutbuklar ziyarətçilərin diqqətini cəlb edir.
CES 2026-da ağıllı ev texnologiyaları və istifadəçi təcrübəsini asanlaşdıran müxtəlif gadgetlər də ön plana çıxır. Təqdim olunan məhsullar yaxın dövrdə texnologiyanın hansı istiqamətdə inkişaf etdiyini aydın şəkildə göstərir.
Las Veqasda keçirilən bu sərgi hər il olduğu kimi, texnologiya dünyası üçün yeni trendləri müəyyənləşdirib və yeniliklərin ilk dəfə nümayiş olunduğu əsas platformalardan biri kimi diqqət çəkir.
Mənbə: Tomsguide.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
