Araşdırmalara görə, Samsung Galaxy S25 Ultra ümumi göstəricilər üzrə Google Pixel 10 Pro-dan cüzi də olsa daha yaxşı nəticə göstərir və Android bazarında lider mövqeyini qoruyur.
![]()
Android bazarında Samsung və Google ən güclü smartfon istehsalçıları hesab olunur. Məlumatlara əsasən, Galaxy S25 Ultra performans, ekran keyfiyyəti, davamlılıq və batareya ömrü baxımından Pixel 10 Pro-nu geridə qoyur. Samsung-un xüsusi Snapdragon 8 Elite prosessoru Pixel-də istifadə olunan Tensor G5 çipindən daha güclü qiymətləndirilir.
Kamera sahəsində isə hər iki telefon yüksək nəticələr göstərir. Samsung daha çox obyektiv təklif etsə də, Pixel-in selfi kamerası daha kəskin və keyfiyyətli görüntülərlə seçilir. Mütəxəssislər qeyd edir ki, seçim əsasən istifadəçinin üstünlüklərindən asılıdır: Samsung ekosistemi və SmartThings inteqrasiyası, yoxsa Google Pixel-in daha “təmiz” və sürətli Android təcrübəsi.
Mənbə: BGR
Tərcümə etdi: Nərmin Məmmədzadə
