Bu gün:

"WSJ": Çatbotlardan müntəzəm istifadə psixozun inkişafına kömək edir


Alimlər ChatGPT ilə söhbətlərinə əsaslanaraq, çatbotların istifadəsini xəstələrdə psixoz və delusional vəziyyətlərlə əlaqələndiriblər. Bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Kaliforniya Universitetinin psixiatrı Keyt Sakata nəşrə bildirib ki, çatbotlar müstəqil olaraq psixoloji pozğunluqlar yarada bilməzlər, lakin bir neçə halda delusional psixozdan əziyyət çəkən bəzi xəstələrdə simptomları gücləndiriblər.

"Texnologiya çaşdırıcı olmaya bilər, lakin (psixi xəstə) şəxs kompüterə öz reallığı haqqında danışır və kompüter bunu həqiqət kimi qəbul edir və əks etdirir. Beləliklə, onlar bu aldanışın dövri olaraq meydana çıxmasında iştirakçı olurlar".

Psixiatriya mütəxəssisləri iddia edirlər ki, bəzi hallarda istifadəçilərin hər hansı ideyasını qəbul etmək üçün hazırlanmış chatbotun davranışı xəstələrdə psixozun yaranmasına səbəb olub.

Səidə Abasova

Paylaş
Şərh əlavə et