Bu gün:

Çin süni intellekti nəzarət altına alır


Çin hakimiyyəti insanla qarşılıqlı ünsiyyət qura bilən süni intellekt texnologiyalarının tənzimlənməsi məqsədilə yeni qaydalar layihəsini ictimai müzakirəyə çıxarıb. 

Çinin Kiberməkan Administrasiyası tərəfindən təqdim olunan qayda layihəsinə əsasən, insanabənzər davranış sərgiləyən süni intellekt sistemləri daha sərt nəzarət mexanizmlərinə tabe olacaq. Layihədə bu cür texnologiyaların istifadəçiləri aldatmaması, yanlış məlumat yaymaması və psixoloji asılılıq yaratmaması əsas tələblər kimi göstərilir.

Qaydalara görə, süni intellekt məhsulları istifadəçilərə onların real insan olmadığını açıq şəkildə bildirməli, eyni zamanda həddindən artıq istifadənin mümkün riskləri barədə xəbərdarlıq etməlidir. Tənzimləyici qurumlar bildiriblər ki, məqsəd süni intellektin təhlükəsiz, etik və məsuliyyətli şəkildə inkişafını təmin etməkdir.

Yeni qaydalar qüvvəyə mindikdən sonra texnologiya şirkətləri süni intellekt xidmətlərini bu tələblərə uyğunlaşdırmalı olacaq. Ekspertlərin fikrincə, bu addım Çində süni intellekt sahəsində dövlət nəzarətinin daha da gücləndirildiyini göstərir.

Mənbə: Reuters 

Tərcümə etdi: Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et