Bu gün:

Habl teleskopu kosmosda asteroidlərin toqquşmasını izləyib


NASA-nın Habl Kosmik Teleskopu araşdırma nəticəsində Fomalhaut ulduzunun ətrafında asteroidlərin çarpışdığını aşkarlayıb.Bu toqquşmalar planetlərin yaranması prosesinin nə qədər uzun müddət davam edə biləcəyini göstərir və planet sistemlərinin formalaşmasını daha dərindən başa düşməyə kömək edir. Astronomlar bu müşahidələrin öz Günəş sistemimizin gənc dövrlərində baş vermiş oxşar zorakı toqquşmaları əks etdirə biləcəyini bildirirlər.


Mənbə: The Times of India 

Tərcümə etdi: Turqut Ansari

Paylaş
Şərh əlavə et