Bu gün:

Bəyənilməyən Yeni il hədiyyələrindən incitmədən qurtulmağın yolları


Uyğun olmayan və ya bəyənilməyən Yeni il hədiyyələri bir çox insan üçün tanış problemdir. Mütəxəssislər belə hədiyyələrdən günah hissi keçirmədən və qarşı tərəfi incitmədən qurtulmağın sadə yollarını tövsiyə edirlər.

Mütəxəssislərə görə, istənməyən hədiyyələrdən qurtulmağın ən praktik yolu yenidən hədiyyə etməkdir. Bu üsul həm büdcəyə qənaət edir, həm də israfın qarşısını alır. Qeyd olunur ki, Böyük Britaniyada hər il milyonlarla funt dəyərində hədiyyə tullantıya çevrilir.

"Regifting" (yenidən hədiyyə etmə) zamanı etiket və kartların çıxarılması, hədiyyənin istifadə olunmadığından əmin olmaq və onu eyni ailə və ya dost çevrəsinə verməmək vacibdir.

Alternativ olaraq hədiyyələr onlayn platformalarda satıla bilər. Yeni ildən sonra Vinted və eBay kimi saytlarda istənməyən hədiyyələrin satışında artım müşahidə olunur. Digər bir yol isə xeyriyyə təşkilatlarına bağışlamaqdır - bu, həm ehtiyacı olanlara kömək edir, həm də əşyaların israf olunmasının qarşısını alır.

Mütəxəssislər hədiyyə verənlərə gələcəkdə narahatlıq yaranmaması üçün hədiyyə qəbzi əlavə etməyi də tövsiyə edirlər.

Mənbə: BBC

Tərcümə etdi: Nərmin Məmmədzadə

Paylaş
Şərh əlavə et