Nigeriyanın Lagos şəhəri müasir incəsənət və mədəniyyət sahəsində Afrikanın aparıcı mərkəzlərindən biri kimi tanınmağa başlayıb. Xarici mediaya görə, şəhərdə keçirilən beynəlxalq sərgilər və mədəni tədbirlər Lagosun qlobal sənət məkanındakı mövqeyini gücləndirib.
Xüsusilə ART X Lagos beynəlxalq müasir incəsənət sərgisi şəhərin mədəni həyatında mühüm rol oynayır. Sərgi Afrika və diaspora sənətçilərini bir araya gətirərək qitənin yaradıcılıq potensialının dünyaya təqdim olunmasına şərait yaradır.
Mütəxəssislər bildirirlər ki, Lagosun inkişaf edən incəsənət mühiti Afrika mədəniyyətinin beynəlxalq səviyyədə tanınmasına əhəmiyyətli töhfə verir.
Mənbə: https://www.cntraveler.com/
Tərcümə etdi: Zəhra Məlikova
