Bu gün:

Marsla Yer kürəsi arasındakı zaman fərqi


Alimlərin son araşdırması göstərib ki, Marsda zaman Yerə nisbətən daha sürətlə keçir. ABŞ-nin Milli Standartlar və Texnologiya İnstitutunun (NIST) fizikləri bu fərqi dəqiq hesablayıblar. Onların nəticələrinə görə, Marsdakı saatlar Yer saatlarından gündə orta hesabla 477 mikrosaniyə irəlidə gedir.

Bu fərq Enşteynin ümumi nisbilik nəzəriyyəsi ilə izah olunub, çünki zaman kütlə və cazibə qüvvəsindən asılıdır. Marsın kütləsi Yerinkindən xeyli az olduğuna görə onun səthində cazibə zəifdir və bu da zamanın daha sürətli axmasına səbəb olur. Lakin Mars üçün zaman hesablamaları Ayla müqayisədə daha mürəkkəbdir, çünki burada dördlü cazibə qarşılıqlı təsiri nəzərə alınmalıdır. Aparılan bu dəqiq zaman ölçmələri gələcək Mars missiyaları üçün mühüm əhəmiyyət daşıyıb. Kiçik zaman fərqləri belə kosmik naviqasiyada ciddi səhvlərə yol aça bilər. Alimlər hesab ediblər ki, bu tədqiqat planetlərarası avtonom zaman sinxronizasiyasına doğru atılmış vacib bir addımdır.

Mənbə: TRT Haber            

Tərcümə etdi: Fidan Mənsimova






Paylaş
Şərh əlavə et