Bu gün:

Azərbaycan neftinin qiyməti 66 dolları ötüb


Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.



24Media.az "APA-Economics" istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,43 ABŞ dolları və ya 0,65% artaraq 66,14 ABŞ dollarına bərabər olub.


Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65,71 ABŞ dolları təşkil edib.


Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.


Sona Osmanova

Paylaş
Şərh əlavə et