Bu gün:

Əziz Nesinin 110 illiyi münasibətilə biblioqrafik icmal hazırlanıb


Gənclər Kitabxanasında tanınmış türk yazıçısı Əziz Nesinin xatirəsi anılıb. Bu il yazıçının anadan olmasının 110 illiyi tamam olur. Əziz Nesin publisist, dramaturq və satirik hekayə ustası kimi tanınır. Onun yaradıcılığı həm Türkiyədə, həm də beynəlxalq səviyyədə geniş oxucu auditoriyası tərəfindən yüksək qiymətləndirilir.

24media.az, AZƏRTAC-a istinadən xəbər verir ki, kitabxanada onun həyat və yaradıcılığına dair biblioqrafik icmal hazırlanıb. İcmalda Əziz Nesinin həyat yolu və yaradıcılıq fəaliyyəti haqqında ətraflı məlumat, həmçinin gənclərə yönəlmiş təhlillər yer alıb.

İcmalda Əziz Nesinin əsərləri, həyat və yaradıcılığı, həmçinin dövri mətbuat məqalələri haqqında qısa məlumat təqdim edilir. Eyni zamanda, onun ədəbi irsi və satirik üslubu gənc oxucular üçün izahlı şəkildə şərh olunur.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et