[spoiler][/spoiler]2025-ci ildə Türkiyədə aparılan arxeoloji qazıntılar ölkənin zəngin tarixi irsini bir daha üzə çıxarıb. “Gələcəyə Miras” layihəsi çərçivəsində işlər il boyu fasiləsiz davam etdirilib. Bu tədqiqatlar Anadolu torpaqlarının minillik keçmişinə yenidən işıq salıb.

Amasya, Efes, Şanlıurfa, Perge və digər bölgələrdə tapılan heykəllər, mozaikalar və memarlıq qalıqları müxtəlif sivilizasiyaların izlərini ortaya qoyub. Quru və sualtı qazıntıları nəticəsində dini inanclar, gündəlik həyat və ticarət haqqında mühüm məlumatlar əldə olunub. Bu tapıntılar arxeologiya elmi üçün böyük elmi və mədəni dəyər daşıyıb. 2025-ci ilin kəşfləri Türkiyənin dünya mədəni irsindəki yerini daha da möhkəmləndirib. Üzə çıxarılan əsərlər keçmişlə bu gün arasında canlı bir körpü yaradıb. Arxeoloji araşdırmalar gələcək nəsillərə tarixi daha doğru və dolğun şəkildə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Mənbə: TRT HABER Tərcümə etdi: Fidan Mənsimova
