Bu gün:

Parisdə moda sənətinə həsr olunmuş yeni sərgi açılıb


Parisdə yerləşən Palais Galliera - Moda Muzeyində "Toxuma, Broderiya, Sublimasiya" adlı yeni sərgi açılıb. Sərgi moda sənətində toxuma, əl işlərinin tarixi və estetik rolunu əks etdirir.

Ekspozisiyada 350-dən çox geyim və tekstil nümunəsi nümayiş olunur. Tədbir klassik və müasir dizaynerlərin işlərini bir araya gətirir və moda sənətkarlığının incəliklərini təqdim edir. Sərgi 2026-cı ilin oktyabr ayınadək davam edəcək.

Mənbə:  https://www.lemonde.fr/en/

Tərcümə etdi: Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et