Bu gün:

Katolik kilsəsinin rəhbərindən yeni qərar


Vatikan İngiltərə və Uelsdə Katolik Kilsəsinin yeni rəhbərinin təyin olunduğunu açıqlayıb. Bu vəzifəyə uzun illər kilsə xidmətində olmuş Riçard Mot gətirilib. O, 2009-cu ildən bəri bu postu tutan Kardinal Vinsent Nikolsu əvəz edib.

Riçard Mot son on il ərzində Arundel və Brayton yepiskopu kimi fəaliyyət göstərib və sosial ədalət məsələlərinə xüsusi diqqət yetirib. Yeni arxiyepiskop miqrantlara, məhbuslara və cəmiyyətdə artan parçalanmalara qarşı həssas yanaşmanın vacibliyini vurğulayıb.

Riçard Motun rəhbərliyi Katolik Kilsəsi üçün yeni mərhələnin başlanğıcı hesab olunub. Ondan həm mənəvi liderlik, həm də praktiki islahatlar gözlənilir. Bu təyinat kilsənin cəmiyyətlə münasibətlərini gücləndirmək məqsədi daşıyıb.

Mənbə: BBC News                                                                     

Tərcümə etdi: Fidan Mənsimova




Paylaş
Şərh əlavə et