Bu gün:

Çində uşaqların iştirakı ilə beynəlxalq rəsm sərgisi açılıb


Çinin cənub-qərbində yerləşən Çuntsin (Chongqing) şəhərində uşaqların yaradıcılığına həsr olunmuş beynəlxalq incəsənət sərgisi açılıb. Sərgi Çin-Avropa Humanitar və İncəsənət Təhsili Forumunun çərçivəsində təşkil olunub.

Məlumata görə, sərgidə 25 ölkədən 3-18 yaş arası uşaqların çəkdiyi 360 rəsm əsəri nümayiş etdirilir. Əsərlərdə uşaqların dünyaya baxışı, sülh, dostluq, ailə, təbiət və mədəni müxtəliflik mövzuları əks olunub.

Tədbirin əsas məqsədi uşaqlar arasında yaradıcılığın təşviqi, mədəni mübadilənin gücləndirilməsi və müxtəlif ölkələrdən olan gənc istedadların bir araya gətirilməsidir. Sərgi çərçivəsində incəsənət təhsili, mədəni dialoq və humanitar əməkdaşlıq mövzularında müzakirələr də keçirilir.

Təşkilatçılar bildiriblər ki, bu cür beynəlxalq layihələr uşaqların estetik düşüncəsinin inkişafına müsbət təsir göstərməklə yanaşı, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə də xidmət edir.

Sərginin bir neçə gün davam edəcəyi və ziyarətçilərin böyük marağına səbəb olduğu qeyd olunur.

Mənbə: En.people

Tərcümə etdi: Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et