Heydər Əliyev Mərkəzində xarici rəssamın yaradıcılığını əhatə edən yeni sərginin açılışı olub. Sərgidə müxtəlif coğrafiyaların mədəni və təbiət motivlərini birləşdirən rəsm əsərləri nümayiş etdirilir.

24media.az, AZƏRTAC-a istinadən xəbər verir ki, ekspozisiyada əsasən rəmzi obrazlar və müasir üslubda işlənmiş kompozisiyalar yer alıb. Əsərlərdə fərqli mədəniyyətlər arasında bədii əlaqə və emosional yanaşma ön plana çıxarılıb.
Rəssam Azərbaycanda olduğu müddətdə tarixi məkanlardan və yerli mühitdən ilhamlandığını bildirib. Qeyd olunub ki, təqdim edilən əsərlər mədəniyyətlərarası dialoqu və incəsənətin birləşdirici rolunu əks etdirir.
Sərgi iştirakçıların marağına səbəb olub və qonaqlar təqdim olunan yaradıcılıq nümunələri ilə yaxından tanış olublar.
Arzu Qafarova
