Ali Məhkəmənin Mülki kollegiyası borca görə gecikdirmə faizlərinin hesablanması ilə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran qərar qəbul edib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, məhkəmə mübahisəsi iddiaçının cavabdehdən pul borcunun vaxtında qaytarılmamasına görə əlavə gecikdirmə faizlərinin tutulması tələbi ilə bağlı olub. Ali Məhkəmə qərarında bildirib ki, gecikdirmə faizləri yalnız ödənilməmiş əsas borc məbləği üzrə və borcun qaytarıldığı günədək hesablanmalıdır. Daha əvvəl məhkəmə qərarı ilə tutulmuş faiz borcunun əsas borca əlavə edilərək yenidən faiz hesablanması qanunaziddir.
Qərarda həmçinin vurğulanıb ki, kassasiya instansiyası yalnız hüquqi norma tətbiqini yoxlayır, faktiki halları yenidən araşdırmır. Nəticədə Ali Məhkəmə kassasiya şikayətlərini təmin etməyərək apellyasiya məhkəməsinin qətnaməsini dəyişmədən qüvvədə saxlayıb.
Fatimə Hüseynova
