Bu gün:

Azərbaycan neftinin qiymətində ucuzlaşma qeydə alınıb


Dünya enerji bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində azalma qeydə alınıb. Son ticarət əməliyyatları neftin dəyərində eniş tendensiyasının davam etdiyini göstərir.

24media.az APA-Economics-ə istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,28 ABŞ dolları və ya təxminən 2 faiz azalaraq 62,45 ABŞ dolları səviyyəsinə enib. 

Məlumata görə, bundan əvvəl Azərbaycan neftinin bir bareli 63,73 ABŞ dollarına satılırdı. Qlobal bazarlarda qiymətlərin dəyişməsi əsasən neftə olan tələbat və təklif balansı ilə əlaqələndirilir.

Qeyd edək ki, 2025-ci il üzrə Azərbaycanın dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Mövcud qiymət azalması gələcək dövrdə büdcə gəlirləri ilə bağlı müzakirələri aktuallaşdıra bilər.


Arzu Qafarova 

Paylaş
Şərh əlavə et