Gallup tədqiqat şirkətinin yeni hesabatı süni intellektin iş yerlərində hansı sahələrdə daha geniş yayıldığını ortaya qoyub.

Süni intellekt bir çox sektorda, xüsusən də peşəkar fəaliyyət sahələrində işin icra formasını köklü şəkildə dəyişməkdə davam edir. Gallup tədqiqat şirkətinin ABŞ istifadəçiləri arasında apardığı son sorğu süni intellektdən ən çox yararlanan sektorları müəyyənləşdirib.
Həftədə ən azı bir neçə dəfə süni intellektdən istifadə edənlərin nisbəti isə ötən il 12 faiz olduğu halda, bu il 23 faizə yüksəlib. Bununla belə, hər gün süni intellektdən istifadə edən işçilərin payı hələ də nisbətən aşağıdır – cəmi 10 faiz.
Araşdırma göstərir ki, “informasiya işləri” adlanan sahələrdə çalışanlar süni intellekti daha sürətlə qəbul edirlər. Gallup məlumatlarına əsasən, texnologiya sektorunda çalışanların 50 faizi, maliyyə sahəsində işləyənlərin 33 faizi və peşəkar xidmətlər sektorundakı işçilərin 30 faizi həftədə ən azı bir neçə dəfə süni intellektdən istifadə edir.
Peşəkar xidmətlərə hüquq, konsaltinq, memarlıq, reklam və marketinq kimi bilik və ixtisas tələb edən sahələr daxildir. Bunun əksinə olaraq, pərakəndə satış və istehsalda bu göstərici 18 faiz, səhiyyə sektorunda isə 21 faiz səviyyəsində qalır.
Tədqiqat həmçinin göstərir ki, şirkət daxilində vəzifə yüksəldikcə süni intellektdən istifadə ehtimalı da artır.
Ümumi nəticələrə əsasən, chatbotlar süni intellektin ən çox istifadə edilən formasıdır.
Mənbə: NTV
Tərcümə etdi: Asiya Zeynallı
