Bu gün:

"Meydan TV" işi ilə bağlı həbs edilən şəxslərin məhkəməsi başlayıb


"Meydan TV" işi ilə bağlı ittiham olunan şəxslərin məhkəməsi başlayıb.

24media.az xəbər verir ki, bu gün hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Təqsirləndirilən Aynur Elgünəşin vəkili vəsatətində məlumat verib ki, müvəkkilinin səhhətində problemlər var və onun şahidlərə təsiretmə imkanı yoxdur. Bu səbəbdən o, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib. Qeyd edək ki, o və digər jurnalistlər Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham olunublar - bu maddə “qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə” başlığını daşıyır.

Məhkəmə onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və cinayət işinə xitam verilməsi üçün olan vəsatətləri təmin etməyib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Məhkəmənin növbəti iclası dekabrın 22-nə qərarlaşdırılıb.

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et