Bu gün:

Məşhur qidalar turistləri növbəyə düzür


Son illərdə turistlərin məşhur qidalara görə uzun növbələrdə dayanması adi hala çevrilib. Sosial şəbəkələrdə yayılan videolar sadə yeməkləri qlobal cazibə mərkəzinə çevirib. Bu hal xüsusilə Amsterdam, London, Nyu-York və Tokio kimi şəhərlərdə açıq şəkildə müşahidə olunur.

Psixoloqlar bu davranışı “nəyisə qaçırma qorxusu” (FOMO) və “sosial sübut” anlayışları ilə izah edirlər. İnsanlar başqalarının növbədə dayandığını gördükdə həmin qidanın dəyərli və xüsusi olduğunu düşünürlər. Eyni zamanda sosial mediada paylaşım etmək səyahəti bir nümayişə çevirir və növbə gözləmək təcrübənin ayrılmaz hissəsi olur. Bu qida növbələri turist axınını artırsa da, yerli sakinlər üçün səs-küy, çirk və narahatlıq yaradıb. Buna baxmayaraq insanlar həyəcan və trendlərdən geri qalmamaq üçün yenə də bu növbələrdə dayanmağa davam edirlər.

Mənbə: BBC NEWS                                                                     

Tərcümə etdi: Fidan Mənsimova





Paylaş
Şərh əlavə et