Bu gün:

Gənclər niyə yetkinliyə keçə bilmirlər?


Son illərdə psixoloqlar və sosioloqlar arasında “başlamaqda uğursuzluq” (“failure to launch”) adlı yeni bir sosial hal müzakirə olunur. Bu termin gənclərin yetkinliyə keçid prosesində, yəni təhsil, iş və müstəqil həyata başlamaqda çətinlik çəkməsini ifadə edir.

Belə gənclər çox vaxt valideynlərdən maddi asılı qalır, sosial və romantik münasibətlərdən uzaq durur və gələcəklə bağlı plan qura bilmirlər. Mütəxəssislər bu vəziyyətin tənbəlliklə deyil, həm emosional, həm ailəvi, həm də iqtisadi səbəblərlə bağlı olduğunu bildirirlər.

Əsas səbəblər:
– Emosinoal qaçış: Stress və məsuliyyətdən yayınmaq istəyi gəncləri sosial mediaya və oyunlara yönəldir.
– Uğursuzluq qorxusu: Cəhd etmək gözləməkdən daha riskli görünür.
– Ailə münasibətləri: Həddindən artıq himayəçi və ya münaqişəli ailələr müstəqilliyin qarşısını ala bilər.

Artma səbəbləri:
Artan təhsil və yaşayış xərcləri, qeyri-sabit iş bazarı və “uzanan yeniyetməlik” dövrü gənclərin müstəqil həyata keçidini ləngidir. Pev Araşdırma Mərkəzinin məlumatına görə, 2020-ci ildə ABŞ-də 18–29 yaşlı gənclərin 52 faizi valideynləri ilə yaşayırdı. Bu, Böyük Depressiyadan bəri ən yüksək göstəricidir.

Həll yolları:
Mütəxəssislər gənclərə mərhələli şəkildə məsuliyyət verilməsini, valideynlərin isə dəstək və sərhəd arasında balans yaratmasını məsləhət görürlər. Kognitiv-davranış terapiyası və ailə terapiyası da bu prosesdə təsirli hesab olunur.

Psixoloqların fikrincə, “başlamaqda uğursuzluq” fərdi problem deyil, ailə və cəmiyyətin birgə məsuliyyətidir.

Tərcümə etdi: Nərmin Məmmədzadə

Mənbə: Psyche


Paylaş
Şərh əlavə et