Bu gün:

Yüksək səviyyəli məntiq qabiliyyəti daha səliqəli zehni xəritələrlə bağlıdır


Araşdırmalar göstərir ki, yüksək düşünmə qabiliyyətinə malik insanlar əşyaların bir-biri ilə fəzada necə əlaqələndiyini daxili xəritə kimi təsəvvür etməkdə daha bacarıqlıdırlar. Cell Reports jurnalında dərc olunan bu tədqiqat sübut edir ki, intellektin əsas xüsusiyyətlərindən biri beynin təcrübələr arasındakı əlaqələri necə kodlaşdırmasından qaynaqlanır, xüsusilə də bu prosesdə hippokamp adlı beyin bölgəsi mühüm rol oynayır.

Bu nəticələr göstərir ki, ümumi idrak qabiliyyəti insanın ayrı-ayrı məlumat parçalarını vahid və mənalı bir bütövlüyə çevirmə bacarığı ilə sıx bağlıdır. Alimlər insanın ağıllı olmasını yalnız konkret tapşırıqlarda göstərdiyi nəticə ilə deyil, beyninin təcrübələrin quruluşunu necə anladığı və yadda saxladığı üsulla qiymətləndiriblər.

Tədqiqatın nəticələrinə əsasən, intellekt insanın ətraf dünyanı öz zehnində mənəvi və zehni xəritə kimi qura bilməsi ilə əlaqəlidir - bu da ona daha çevik düşünmə və düzgün qərarvermə qabiliyyəti bəxş edir.

Bu araşdırma Almaniyada, Max Planck Empirik Estetika İnstitutu və Max Planck İnsan İdrakı və Beyin Elmləri İnstitutu alimləri Rebekka Tenderra və Stephanie Theves tərəfindən aparılıb. Onlar xüsusilə “axıcı intellekt” adlanan düşünmə forması ilə beyin fəaliyyətinin öyrənmə prosesindəki xüsusi naxışları arasında əlaqəni araşdırıblar.

Mənbə: PsyPost

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et