Bu gün:

Xarizma nədir və niyə vacibdir?


Xarizma – fərdin digər insanları cəlb etmək və onlara təsir göstərmək qabiliyyətidir. Çox vaxt bu, insanın “ya sahib olduğu, ya da olmadığı” sirli bir keyfiyyət kimi təsvir olunsa da, bir çox mütəxəssislər xarizmanın inkişaf etdirilə bilən bacarıqlar toplusu olduğunu düşünürlər.

Xarizma anlayışı adətən ağla güclü biznes liderlərinisəhnədəki ulduzları və ya podiumdakı siyasətçiləri gətirir. Lakin onun əsl gücü gündəlik həyatda, yəni hər bir insanla ünsiyyətdə özünü göstərə bilər. Başqalarını hərəkətə gətirmək, ortaq məqsədlərə yönəltmək bacarığı insan üçün böyük üstünlükdür. Bununla belə, xarizmanın qaranlıq tərəfi də mövcuddur: bəzən narsist və manipulyativ insanlar bu gücdən başqalarını idarə etmək üçün istifadə edirlər.


Xarizma necə özünü göstərir?


Xarizma insanın başqaları ilə ünsiyyət tərzində əks olunur. Bəzən bu, danışıq tərzində, bəzən dediyi sözlərdə, bəzən isə davranış və görünüşündə hiss edilir.

Xarizmatik insan adətən:

        özünə inamlı;

        coşqun və nikbin;

        ifadəli bədən dili və ehtiraslı səs tonu ilə fərqlənir.


Məsələn, Martin Lüter KinqRonald Reyqan və Barak Obama kimi liderlər auditoriyanı birləşdirmək və ruhlandırmaq qabiliyyəti ilə seçilirlər. Oprah Winfrey və Bono kimi şəxslər də bu keyfiyyətə sahibdir. Amma Adolf Hitler kimi şəxslər xarizmanı dağıdıcı məqsədlər üçün istifadə edərək onun mənfi tərəfini nümayiş etdirmişlər.


Xarizmadan necə istifadə olunur?


Xarizma liderlərə və komanda üzvlərinə ortaq məqsədlərə çatmaq üçün insanları bir araya gətirmək imkanı verir.

O, qrupa məna və məqsəd hissi aşılayır, ortaq dəyərləri xatırladır və bunu çox vaxt simvollar və hekayələr vasitəsilə edir.


Əlbəttə, məqsədlər və dəyərlər hər mühitdə fərqli olur. Buna görə də xarizmanın təsiri sosial və mədəni kontekstdən də asılıdır.


Liderlik üçün xarizma vacibdirmi?


Hər bir lider yüksək dərəcədə xarizmatik olmaya bilər. Hətta bəzi tədqiqatlar göstərir ki, xarizması çox olan liderlər bəzən ən təsirli liderlər olmur. Lakin bir çox hallarda xarizma liderə güvən və ona bağlılıq hissi yaradır, bu da komandanın motivasiyasına müsbət təsir göstərir.


Xarizma doğuşdan gəlir, yoxsa öyrənilir?


Bəzi insanlarda xarizma daha təbii şəkildə özünü göstərə bilər. Ekstroversiya kimi xüsusiyyətlər buna kömək edə bilər. Amma hətta yüksək xarizmatik insanlar belə, bu bacarığı zamanla təcrübə və müşahidə yolu ilə inkişaf etdirirlər.

Mütəxəssislərin fikrincə, xarizmatik davranışlar öyrədilə və təkmilləşdirilə bilər.


Xarizmanı necə artırmaq olar?


Tədqiqatçılar xarizmanı artırmaq üçün bir sıra ünsiyyət üsulları müəyyən etmişlər:

        danışarkən metafora və siyahılardan istifadə etmək;

        diqqətçəkici hekayələr söyləmək;

        emosiyaları və inancları açıq ifadə etmək;

        jestlərdənmimikalardan və digər qeyri-şifahi vasitələrdən istifadə etmək. 

https://www.psychologytoday.com/us/basics/charisma/amp


Mənbə: Psychologytoday

Tərcümə etdi: Aişə Əlizadə 

Paylaş
Şərh əlavə et