Bu gün:

Xoşbəxtlik nədir?


Xoşbəxtlik həm elektrikləşdirici, həm də mürəkkəb bir vəziyyətdir. Filosoflar, ilahiyyatçılar, psixoloqlar və hətta iqtisadçılar əsrlər boyu onu müəyyən etməyə çalışıblar. 1990-cı illərdən etibarən psixologiyanın bütöv bir istiqaməti — pozitiv psixologiya  xoşbəxtliyin mahiyyətini anlamağa və onu artırmağa həsr olunub. Xoşbəxtlik sadəcə müsbət əhval-ruhiyyə deyil, o, mənalı, dərin məmnuniyyət hissi ilə dolu bir həyat sürmək, yəni rifah halıdır.

Xoşbəxtliyin sağlamlığa təsiri


Sevinc və pozitivlik hissinin sağlamlığa bir çox faydası var. Artan tədqiqatlar göstərir ki, xoşbəxtlik fiziki sağlamlığı yaxşılaşdırır: ürək-damar sisteminə, immunitetə, iltihab səviyyələrinə və qan təzyiqinə müsbət təsir göstərir. Həmçinin xoşbəxt insanlar daha uzun ömür sürür və yüksək həyat keyfiyyətinə sahib olurlar.


Xoşbəxtliyə qlobal baxış


Xoşbəxtlik bütün dünyada insanlar üçün ən arzuolunan haldır. Araşdırmalar göstərir ki, insanlar xoşbəxtliyi sərvətmaddi nemətlər və ya hətta axirət mükafatlarından daha vacib sayırlar. Bu, xoşbəxtliyin universal insan ehtiyacı olduğunu göstərir.


Necə xoşbəxt olmaq olar? 


Xoşbəxtlik bir sevincdən digərinə atlanmaqla əldə olunmur. Tədqiqatçılar bildirirlər ki, xoşbəxtliyə aparan yolda çox vaxt çətin və narahat dövrlər olur.

Genetik xüsusiyyətlər, həyat şəraiti, sosial münasibətlər, ailə vəziyyəti, hətta qonşular belə xoşbəxtliyə təsir edə bilər. Lakin araşdırmalar sübut edir ki, xoşbəxtliyin böyük hissəsi şəxsi nəzarətimiz altındadır.


Müntəzəm kiçik həzzlərdən zövq almaq, çətin fəaliyyətlərə başlamaq, məqsədlər müəyyənləşdirib onlara çatmaq, yaxın sosial əlaqələri qorumaq və özündən kənar bir məqsəd tapmaq insanın həyat məmnuniyyətini artırır. Əslində rifahı artıran xoşbəxtliyin özü deyil, onun axtarışıdır.


Xoşbəxt insanların xüsusiyyətləri


Xoşbəxt insanlar məqsədli yaşayır, davamlı əlaqələr qurur və öz dəyərlərinə uyğun davranırlar. Onlar üçün əsas olan maddi nemətlər və dəbdəbə deyil, həyatın sadə həzzləridir: bir fincan çay, ağacın kölgəsində istirahət, ev heyvanını sığallamaq və s.


Xoşbəxt insanı xarakterizə edən bəzi əlamətlər bunlardır:

        Yeni şeylər öyrənməyə açıqdır;

        Təvazökar və səbirdə yüksəkdir;

        Asanlıqla gülür və başqalarını da güldürür;

        Axına uyğun gedir;

        Mərhəmətli davranır;

        Tez-tez minnətdarlıq hissi keçirir;

        Özünə qayğı göstərir;

        Sağlam münasibətlərdən zövq alır;

        Başqalarının xoşbəxtliyinə sevinir;

        Əzab vermədən verir və qəbul edir;

        Məna və məqsədlə yaşayır;

        Özünü haqlı hesab etmir, gözləntiləri azdır;

        Kin və inciklik daşımır;

        Keçmiş və gələcəyə həddən artıq bağlanmır;

        Həyatı oyun kimi yaşamır, qurban rolunu oynamır;

        Xoşbəxtliyini başqalarından əsirgəmir. 


https://www.psychologytoday.com/us/basics/happiness/amp

Mənbə: Psychologytoday 

Tərcümə etdi: Aişə Əlizadə 

Paylaş
Şərh əlavə et