Bu gün:

Narahat vaxtlarda qorxu filmləri faydalı ola bilər


Qorxunc səhnələr və qəfil həyəcan anları bir çoxlarına rahatlıq gətirməsə də, araşdırmalar göstərir ki, qorxu filmləri stress və narahatlıqla mübarizədə faydalı ola bilər.

Arizona Dövlət Universitetinin psixoloqu Koltan Skrivner izah edir ki, qorxu hekayələri insanlara ətrafdakı təhlükələri başa düşmək və real həyatdakı təhlükələrə hazırlaşmaqda kömək edir. Araşdırmalar göstərir ki, qorxu filmlərinə baxan insanlar üç qrupa ayrılır:

1. Qorxunun yaratdığı həyəcanı sevənlər;

2. Qorxunu dəf etməkdən zövq alanlar;

3. Qorxu filmlərini real həyatda baş verən zorakılığı anlamaq və öz təhlükəsizlik hissini möhkəmləndirmək üçün izləyənlər.

Müasir psixoloqlar bildirirlər ki, qorxu filmləri beynin proqnozlaşdırıcı işləmə mexanizmini inkişaf etdirir. İnsanları qeyri-müəyyən vəziyyətlərə qarşı hazırlayır və hətta stresli dövrlərdə dözümlülüyü artırır.

Koltan Skrivner əlavə edir ki, qorxu filmləri hətta psixoloji terapiyada da istifadə edilə bilər, çünki onlar insanlara qorxu hissini idarə etməyi və streslə daha yaxşı başa çıxmağı öyrədir. Beləliklə, hər qorxunc səhnə sadəcə əyləncə deyil. Beynimiz üçün bir məşq və stresslə mübarizənin təsirli vasitəsidir.

Tərcümı etdi: Nərmin Məmmədzadə

Mənbə: BBC

Paylaş
Şərh əlavə et