Bu gün:

Motivasiya və intizam


Heç planlarınızın, qərarlarınızın tam siyahısını əldə edib, özünüzü tam enerjili hiss edib və hamısını fəth etməyə hazır olub, amma 2–3, bəzən isə yalnız 1 gündən sonra imtina etmisiniz? Hər səhər yuxudan oyanırsınız, amma nə edəcəyiniz barədə heç bir fikriniz yoxdur və sadəcə oturub həyatınızda nəyin səhv getdiyini düşünürsünüz?



Bu günlərdə belə hallar, xüsusən gənclərdə, hətta böyüklərdə də qeyri-adi deyil. Qəfil hərəkətverici qüvvə bizə güvən gətirir, heç bir şeyin mümkünsüz olmadığını hiss etdirir, amma bu sürət uzun müddət davam etmir və işlər dağılmağa başlayır. Belə dövrədən çıxmaq üçün motivasiya və nizam-intizamı dərindən dərk etmək çox vacibdir. Güclü motivasiya və nizam-intizam hissi inkişaf etdirməklə UEH tələbələri tam potensialını ortaya qoyaraq məsuliyyətli qlobal vətəndaş olmaq üçün maneələri aşa bilərlər. İndi motivasiya və nizam-intizamı, həmçinin onların qarşılıqlı əlaqəsini araşdıraq.


Motivasiyanın mənasını başa düşmək


APA-nın Psixologiya Lüğətinə görə, motivasiya “davranışa məqsəd və ya istiqamət verən, insanlarda şüurlu və ya şüursuz səviyyədə fəaliyyət göstərən təkan” kimi müəyyən edilir. Sadə desək, motivasiya hərəkətlərimizin və davranışlarımızın arxasında duran, bizi hədəflərimizə doğru istiqamətləndirən və uğur qazanmağımız üçün hərəkətverici qüvvədir.


Daxili motivasiya o deməkdir ki, bir məqsədə doğru çalışırıq, çünki bu, bizim şəxsi istəyimizdir. Bu cür fəaliyyətlər böyük mükafat gətirməyə bilər, amma proses boyu bizə məmnunluq hissi verir. Məsələn, musiqi alətini öyrənmək, ya da şəxsi rifah üçün məşq etmək.


Xarici motivasiya isə cəza qorxusu və ya mükafat qazanmaq üçün hərəkətə davam etmək meyli deməkdir. Bu fəaliyyətlər özü-özlüyündə zövq gətirməsə də, müəyyən bir mükafat qazanmaq və ya cəzalardan qaçmaq üçün davam etdirilir. Məsələn, valideynlərin gözləntilərini yerinə yetirmək üçün ixtisas almaq və ya bonus qazanmaq üçün əlavə saatlar işləmək.


Kontekstdən və ya tapşırığın xarakterindən asılı olaraq, motivasiyanın hər növü fərqli şəkildə təsir göstərir və fərdlərin güclü tərəflərini inkişaf etdirir. Daxili motivasiya uzunmüddətli hədəflərə aparır, xarici motivasiya isə tez-tez həvəsləndirici və möhkəmləndirici rol oynayır.


Lakin motivasiyanın tez-tez keçici və dayanıqsız olduğu qəbul edilir. O, yalnız qısa müddət ərzində mövcuddur və çətinliklər yarandıqda azala bilər. Motivasiyanın hər gün sizi hərəkətə gətirəcəyinə zəmanət yoxdur. Bu səbəbdən uzunmüddətli nəticələr əldə etmək üçün yalnız motivasiyaya güvənmək kifayət etmir. Bu zaman nizam-intizam əhəmiyyət kəsb edir.


Nizam-intizamın mənasını başa düşmək


Motivasiya maşın üçün yanacaq rolunu oynayırsa, onun rəvan və dayanıqlı işləyə bilməsi artıq nizam-intizamdan asılıdır. Nizam-intizam, hətta xarici motivlərin olmaması ilə də özünü idarə etmək qabiliyyətidir. Qeyri-sabit motivasiyadan fərqli olaraq, nizam-intizam fərdlərin müəyyən fəaliyyətləri davam etdirməsinə kömək edir.


Nizam-intizam iradə tələb edir: bütün sınaqlardan qaçmaq və özünüzü müəyyən qaydalara riayət etməyə məcbur etmək bacarığı. Bəzən “küt” hesab edilə bilsə də, güclü öhdəlik uzunmüddətli uğura aparan mütəşəkkil həyat tərzini qorumağa kömək edir.


Nizam-intizamın ən güclü xüsusiyyətlərindən biri məqsədlərinizə uyğun vərdiş formalaşdırmaq bacarığıdır. Yeni vərdiş yaratmağa çalışarkən tərəqqi ilə ayaqlaşmaq çətin olur. Bu, beynimizin dəyişikliklərə müqavimət göstərməsi və tanış olan şeyləri üstün tutması ilə izah olunur. Vərdiş formalaşdırmağın əsas məqsədi çətin işləri daha az yorucu etmək və gündəlik vərdişləri məsələn, dişləri fırçalamaq və vanna qəbul etməyi avtomatik hala gətirməkdir.


Əlbəttə, bunu etmək deməkdən daha çətindir. Özünü nizam-intizama sadiq qalaraq vərdiş formalaşdırmaq uzun və çətin bir proses ola bilər, motivasiyadan tutmuş davamlı məşq və sabitliyə qədər bir sıra mərhələləri əhatə edir.


https://ueh.edu.vn/en/news/motivation-and-discipline-a-perfect-dual-for-success-71366


Mənbə: ueh.edu

Tərcümə etdi: Aişə Əlizadə

Paylaş
Şərh əlavə et