Bu gün:

Şahzadə Endryunun gizli e-poçtları üzə çıxıb


Şahzadə Endryunun qadın müttəhim haqqında məlumat toplamağı tapşırdığı iddia olunur

Böyük Britaniyanın paytaxt polisi — Metropolitan Polis — şahzadə Endryunun dövlət tərəfindən maliyyələşdirilən mühafizəçisinə ona qarşı iddialar irəli sürmüş "Virciniya Ciuffre" haqqında məlumat toplamağı tapşırdığı iddialarını araşdırır.

İddialara əsasən, şahzadə Endryu həmin polis mühafizəçisinə Giuffrenin doğum tarixini və ABŞ sosial sığorta nömrəsini göndərib. Bu məlumatlar onların birlikdə çəkilmiş məşhur fotoşəklinin üzə çıxmasından bir neçə saat öncə elektron poçt vasitəsilə ötürülüb.

Hökumət naziri Ed Miliband bu iddiaları “son dərəcə narahatedici” adlandıraraq bildirib ki, belə bir davranış mühafizə zabitlərindən gözlənilən vəzifə səlahiyyətlərinə ziddir və məsələ araşdırılmalıdır.

“The Mail on Sunday”qəzetinin dərc etdiyi elektron məktublara görə, şahzadə Endryu 2011-ci ildə Kraliçənin mətbuat katibinə yazdığı məktubda mühafizəçisinə Giuffre haqqında məlumat tapmağı tapşırdığını bildirib. O, qadının ABŞ-də cinayət qeydinin olduğunu iddia edib, lakin Giuffrenin ailəsi bu iddianı təkzib edib. Polis əməkdaşının bu tapşırığı yerinə yetirdiyinə dair heç bir dəlil yoxdur.

Metropolitan polis bu barədə yayılan məlumatlardan xəbərdar olduqlarını və iddiaların araşdırıldığını açıqlayıb.

Virginiya Giuffre bu ilin əvvəlində özünə qəsd edərək həyatına son qoyub. O, vaxtilə milyarder Geffri Epşteyn və onun tərəfdaşı Gislayn Maksvell tərəfindən istismar olunduğunu, şahzadə Endryunun da onu üç dəfə — o cümlədən 17 yaşında olarkən — cinsi əlaqəyə məcbur etdiyini bildirib.

Son günlər şahzadə Endryu üzərində ictimai təzyiq artmaqdadır. O, York hersoqu titlindən və digər rəsmi adlarından imtina etdiyini açıqlayıb. Onun keçmiş həyat yoldaşı Sara Ferguson da York hersoginyası titulundan imtina edib.

Şahzadə Endryu “Mənə qarşı irəli sürülən ittihamları qəti şəkildə inkar edirəm”,-deyə

bu qərarı Kral III Çarlzla məsləhətləşdiyini bildirib. Lakin o, “Şahzadə” titulunu qoruyub saxlayır — bu titul yalnız parlament qanunu və ya kral fərmanı ilə ləğv edilə bilər.

Giuffrenin ailəsi isə kraldan tələb edib ki, Endryunun şahzadə titulu da əlindən alınsın.

Mənbə: The Guardian News

Tərcümə etdi: Aydan Xudayarova


Paylaş
Şərh əlavə et