1970-ci il 12 yanvar tarixində Vollonqonqdakı Fairy Meadow çimərliyində qaçırıldığı iddia edilən 3 yaşlı Şeril Qrimmerin ailəsi suallarına cavab almadıqları təqdirdə şübhəlinin adını ictimaiyyətə açıqlayacaqlarını bildiriblər.

Hadisədən 1 il sonra ''Merkuri''ləqəbli gənc polisə Şerili qaçırıb öldürdüyünü etiraf edib. Məhkəmə etirafın qanunsuz yolla alındığını iddia edərək etibarsız hesab edib. "Merkuri" ləqəbi ilə tanınan şübhəlinin kimliyi hadisə baş verən zaman azyaşlı olması səbəbilə qorunur. Qrimmerin ailəsi bu qərardan sonra məyusluğunu ifadə edərək bildirib: ''55 il keçib, amma biz hələ də cavab gözləyirik. Əgər ədalət sistemi hərəkətə keçməsə, özümüz hər şeyi danışacağıq''. Qrimmerin ailəsi polisləri məsuliyyətsizlikdə günahlandırsa da, onlar əllərindən gəldiklərini etdiklərini bildirirlər.
Həmçinin bir neçə nəfər şübhəli şəxs qismində məhkəməyə cəlb edilsə də, dəlil çatışmazlığı nəticəsində sərbəst buraxılıblar.
Qeyd edək ki, polis mövzu ilə bağlı məlumat verənlərə 100 000 dollar məbləğində mükafat da vəd edib.
Hazırda faktla bağlı araşdırmalar davam edir.
Mənbə: BBC
Tərcümə etdi: Zeynəb Şahmarova
