Dünyanın ən uzun aviasəyahəti Çin və Argentina arasında həyata keçirilməyə başlanıb. Marşrut Şanxay şəhəri ilə Argentinanın paytaxtı Buenos-Ayres arasında təşkil olunur və ümumilikdə 29 saat davam edir.

Aviareysin xüsusiyyətlərindən biri isə Yeni Zelandiyanın Oklend şəhərində verilən iki saatlıq fasilədir. Bu müddət ərzində sərnişinlər təyyarədən enərək istirahət edə bilirlər.
Yeni aviareys dünyanın ən uzun birbaşa uçuşu kimi təqdim olunub. Şanxaydan Buenos-Ayresə uçuş 25,5 saata, əks istiqamətdə isə 29 saata başa çatır.
Layihənin məqsədi Asiya-Sakit okean regionu ilə Cənubi Amerika arasında yeni hava nəqliyyatı körpüsü yaratmaqdır. Bu marşrut “Hava İpək Yolu” konsepsiyasının bir hissəsi kimi qiymətləndirilir.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
