Bu gün:

"The White Lotus" Fransanın gizli üzünü ekrana gətirməyə hazırlaşır


“The White Lotus” serialının dördüncü mövsümünün Fransada çəkiləcəyi barədə xəbərlər dolaşır. Əvvəlki mövsümlər Havay, Siciliya və Taylandda baş verib, indi isə Fransa otelləri nəzərdə tutulur.

Söz-söhbətlərə görə çəkilişlər ya Cote d’Azur sahilindəki möhtəşəm Grand Hotel du Cap Ferrat-da, ya Alp dağlarının məşhur kurortu Megeve-də, yaxud da Parisdəki dəbdəbəli George V otelində ola bilər. Mütəxəssislər və yerli sakinlər bildirirlər ki, əsas məsələ Fransız mədəniyyətinin düzgün göstərilməsidir. Çünki tez-tez filmlərdə və seriallarda sadəcə klişelər, kruassan, dar daş küçələr və dəbdəbəli geyimlər təsvir olunur. Amma Fransa çox zəngin tarixə, müxtəlif bölgələrin fərqli adətlərinə və reallıqlarına sahibdir.

“The White Lotus”un əvvəlki mövsümlərində olduğu kimi yerli aktyorların çəkilməsi və mədəniyyətin real tərəflərinin göstərilməsi vacib hesab olunur. Çünki serial əvvəlcə bu yanaşmaya görə təriflənib, amma eyni zamanda, bəzi mədəni nüansların səthi verilməsi ilə bağlı tənqidlər də olub.

Mənbə: BBC News 

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et