Bu gün:

Şəxsiyyət xüsusiyyətləri ömrün uzunluğuna təsir göstərir


Yeni bir araşdırma, şəxsiyyət xüsusiyyətlərinin ömrünü birbaşa təsir edə biləcəyini ortaya qoydu. 28 il ərzində izlənilən 22.000 insan üzərində aparılan araşdırma, mütəşəkkil, məsuliyyətli və enerjili insanların ölüm riskinin əhəmiyyətli dərəcədə aşağı olduğunu göstərdi.

Alimlər vurğulayıblar ki, xarakter təkcə sosial münasibətləri deyil, həm də sağlamlığı və uzunömürlülüyü formalaşdırır.

Ehtiyacı olanlara kömək etməyi sevən bir insansınızsa, məsələn, yaşlı qonşuya ərzaq məhsulları ilə kömək etmək və ya dostunuza yeni qarderobunu təşkil etməkdə kömək etmək kimi, daha uzun yaşamaqla mükafatlandırıla bilərsiniz.

Çünki yeni araşdırmaya görə, yardımsevər və açıq fikirli insanlar daha uzun yaşamağa meyllidirlər.

Tədqiqatçılar 50 yaşdan yuxarı 22.000 insana siyahı verib və onlardan onları ən yaxşı təsvir edən sifəti seçmələrini istəyiblər. 

Daha sonra 28 il bu kişi və qadınların ardınca getdilər. Bu müddət ərzində onlardan 7500-dən çoxu öldü və tədqiqatçılar onların bildirdiyi şəxsiyyət xüsusiyyətlərini ölüm nisbətləri ilə müqayisə etdilər.

Mütəşəkkil, məsuliyyətli və çalışqan olduğunu deyənlərin ölüm riski 12-15%, özünü aktiv hesab edənlərin (yüksək enerji və canlılıq səviyyəsinə malik) isə 21% daha az ölüm riski var.

Yaradıcı və ünsiyyətcil olanların riski 8 faiz, macəraçı (6 faiz), dostluq (4 faiz) və istiqanlı və açıq fikirli (3 faiz) olanlar daha az riskə malikdir.

Digər tərəfdən, Journal of Psychosomatic Research-də dərc edilən araşdırmaya görə, diqqətsizlik və narahatlıq ölüm riskini yüzdə 7 artırır.

Güclü və müntəzəm narahatlıq, kədər, qorxu və qəzəb hissləri (Nevrotik şəxsiyyət) ölüm riskini 10 faiz, əsəbilik isə 9 faiz artırır.

Montpellier, Edinburq, Tartu, Limerick və Florida Dövlət Universitetinin alimləri izah ediblər ki, əhval-ruhiyyəli, narahat və gərgin insanlar risk altında ola bilər, çünki onlar xəstələnmək, kilolu olmaq, siqaret çəkmək və ya depressiya əlamətlərini yaşamaq ehtimalı daha yüksəkdir.

Daily Mail-ə danışan akademiklər deyiblər: “Apardığımız təhlillər şəxsiyyət xüsusiyyətləri ilə ölüm nisbəti arasında əlaqə olduğunu ortaya qoydu".

Mənbə: Hürriyet 

Tərcümə etdi: Sona Osmanova 

Paylaş
Şərh əlavə et