Bu gün:

Bakteriya və viruslar arasındakı fərqlər


Viruslar canlı orqanizmlər deyil. Onlar yalnız yoluxduqları hüceyrələrin daxilində yaşayır, böyüyür və çoxalır. Bakteriyalar isə özbaşına enerji istehsal edən, hərəkət edən və çoxala bilən canlı orqanizmlərdir. Viruslar hüceyrələrə çox xüsusi bir şəkildə hücum edir. Məsələn, bəzi viruslar tənəffüs sisteminə, bəziləri qaraciyərə, bəziləri isə qan hüceyrələrinə hücum edə bilər. Əksər viruslar xəstəliklərə səbəb olur.

Bakteriyalar özbaşına enerji istehsal edə, hərəkət edə və çoxala bilən canlı orqanizmlərdir. Bakteriyalar torpaq, qaya, su, bitkilər, heyvanlar və insan bədənləri kimi bir çox yerdə yaşaya bilər. Bakteriyalar canlılarda çox mühüm rol oynayır. İnsan orqanizmində insan hüceyrələrindən daha çox bakteriya yaşayır. Bakteriyalar insan orqanizmində ağız, burun və xüsusilə bağırsaqlarda olur.


Viruslar bakteriyalardan çox kiçikdir. Virusların ən böyüyü ən kiçik bakteriyalardan daha kiçikdir. Elektron mikroskopiya kiçik ölçülü viruslara baxmaq üçün istifadə olunur.


Viruslar hüceyrəyə yoluxur və orada çoxalaraq hüceyrəni tərk edir. Daha sonra başqa bir hüceyrəni yoluxdurur və sistemli şəkildə bütün bədənə yayılır. Qrip, qızılca, poliomielit və QİÇS virusların yaratdığı xəstəliklərdir.


Xəstəliyə səbəb olan bakteriyalar, adətən, düzgün fürsət yarandıqda yoluxur. Bakterial infeksiya adətən bədənin bir hissəsi ilə məhdudlaşır. Pnevmoniya, vərəm, tetanoz və qida zəhərlənməsi bakteriyaların yaratdığı xəstəliklərdir.Virusların törətdiyi xəstəliklərə viral infeksiyalar, bakteriyaların törətdiyi xəstəliklər isə bakterial infeksiyalar adlanır.


Antibiotiklər bakteriyaların yaratdığı infeksiyaları müalicə etmək üçün istifadə olunur. Bakterial infeksiyaların müalicəsində istifadə edilə bilən antibiotiklər viruslara qarşı təsirli deyil.

Mənbə: Sabah

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et