Bu gün:

İnnabın faydaları və zərərləri nələrdir?


İnnabın faydaları:
1. İnnab böyrək xəstəlikləri üçün faydalı meyvədir. Buna görə də böyrək problemi olan insanların intensiv şəkildə yeməsi tövsiyə olunur.
2. İnnab C vitamini ilə çox zəngindir. Buna görə də qışda soyuq havanın yaratdığı xəstəliklərdən qorunmağa təmin edir.
3. Quru öskürək problemlərində qurudulmuş meyvəsindən və yarpaqlarından əldə olunmuş bitki çayı istifadə olunur.
4. Tərkibində yüksək miqdarda omeqa 7 yağı var. Bu, bədəndə kollagenin səviyyəsini artırmağa kömək edir.
5. Saç köklərini qidalandırmağa kömək edir. Onları bərpa edir.
6. Qaraciyəri təmizləyən meyvələrdən biri də innabdır.
7. Pis xolesterolu balanslaşdırmağa kömək edir.
8. Həddindən artıq yeməkdən qaynaqlanan həzmsizlik probleminə qarşı innab yemək faydalıdır.

İnnabın zərərləri
Hər bir qidada olduğu kimi, innab da çox yeyildikdə bəzi problemlər yaradır. Həddindən artıq yedikdə həzm sisteminə mənfi təsir göstərir. İnnab susuz meyvə olduğundan yeyərkən su içilməsinə diqqət yetirilməlidir.

Mənbə: Habertürk

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et