Bu gün:

Limonlu suyun sağlam qidalanmada rolu nələrdir?


Sağlam qidalanma və pəhrizlə bağlı açıqlamaları ilə diqqət çəkən professor, həkim Canan Karatayın limonlu suyun faydaları  ilə bağlı danışıb. 

Ətri ilə ən çox sevilən qidalardan biri olan limonlu su C vitamini ilə zəngin olan içki kimi istifadə edilir. 

Bağırsaqların aktiv işləməsinə kömək edən və həzmi rahatlaşdıran limonlu su detoksu müntəzəm olaraq istifadə edildikdə yağları yandırır. 

Maddələr mübadiləsinin sürətli işləməsinə kömək edən limon suyu, yağ yandırıcı təsiri ilə artıq yağlardan qısa müddətdə xilas olmağa kömək edir.  Arıqlamaq və sağlam qidalanma ilə bağlı açıqlamaları ilə gündəmə gələn Canan Karatay qatıldığı proqramda davamlı olaraq limonlu su içməsi diqqət çəkib. O, limon suyunun sağlamlıq üçün də çox faydalı olduğunu vurğulayıb.

Limonlu suyun faydaları: 

 - Limonlu su qaraciyərin sevimli qidalarından biridir.

 - Qaraciyəri toksinlərdən təmizləməyə kömək edən limonlu su immuniteti gücləndirir.

 -Maddələr mübadiləsi və həzm problemlərinin qarşısını alır.

 - Tərkibindəki pektin lifi ilə də iştaha nəzarəti təmin edir.

Limonlu suyun hazırlanması: 

 Bir ədəd limonu 200ml miqdarda suyun içinə sıxın, qəhvə qabına qoyun və qaynadın.  İstəyirsinizsə, bu müddət ərzində limon qabığını da içində saxlaya bilərsiniz və daha da faydalı ola bilər.

Mənbə: Haberglobal 

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et